"France Excellence" təqaüd proqramı açıq elan olunur ! • Müraciətlər üçün son tarix : 23 aprel 2023-cü il
"France Excellence" təqaüd proqramı açıq elan olunur !
"France Excellence" (əvvəlki adı ilə BGF) təhsil təqaüdü proqramı Fransada təhsil almaq istəyən azərbaycanlı tələbələrə 10 ay müddətinə verilir.
Təqaüdə layiq görülənlər aşağıdakı üstünlüklərdən yararlanacaqlar :
· 860 € məbləğində aylıq təqaüd
· 28 yaşdan aşağı olan tələbələr üçün sosial yardım
· uzumüddətli tələbə vizası
· CROUS yataqxanalarına daxil olmaq üçün köməklik
*Diqqət, təhsil haqqı qarşılanmır.
Şərtlər :
· Milliyyətcə azərbaycanlı olmaq
· Minimum bakalavr təhsil dərəcəsinə uyğun diploma sahib olmaq və ya əldə etmək prosesində olmaq
· Təhsil alacağınız dildən asılı olaraq fransız və ya ingilis dili üzrə minimum B2 səviyyəni təsdiq edən sənədi təqdim etmək
· Magistratura pilləsi üzrə təhsil proqramına sənəd göndərmək (magistraturanın 1-ci və ya 2-ci kursu)
Müraciət üçün tələb olunan sənədlər :
(alacağınız təhsil dilindən asılı olaraq fransız və ya ingiliscə)
· Pasportun surəti
· CV
· Motivasiya məktubu
· Fransa universitetinə daxil olana qədər aldığınız ən sonuncu diplomun və diplom əlavəsinin surətləri və notarial qaydada tərcümələri
· Minimum B2 səviyyəsini təsdiq edən dil sertifikatı
· Qəbul və ya ilkin qəbul məktubu (əgər alınıbsa)
Müraciət təqvimi :
· Müraciətlərin açılması : 10 mart 2023-cü il
· Müraciətlər üçün son tarix : 23 aprel 2023-cü il
· Sənəd əsasında ilkin seçim və müsahibəyə çağırılma mərhələsi : 2023-cü il aprelin sonları
· Son nəticələrin açıqlanması : 2023-cü il may ayı
Bütün sənədlərinizi PDF formatda aşağıdakı elektron ünvana göndərməyiniz xahiş olunur : medina.mollaeva@ifa.az