MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Frankofoniya 2023 : "Frankofon Kinosu" silsiləsi

Frankofoniya 2023 mövsümü münasibətilə sizi gəlib "Frankofon Kinosu" silsiləsini izləməyə dəvət edirik - kəşf etmək və ya yenidən kəşf etmək üçün ingiliscə altyazılı orijinal versiyada 4 film təqdim olunur.

 

1.       6 apreldə (Fransa) Jan-Lük Qodar-ın Jan-Pol Belmondo ilə "Yeni nəsilin"nın möhtəşəm, klassik və rəmzi filmi olan Nəfəsin sonu (À bout de souffle) filmi

2.       13 apreldə (Fransa) Konstans Meyer-in Gerar Depardiö və Debora Lukumuena-nın iştirakı ilə müasir komediyası olan Dözümlü (Robuste) filmi

3.       20 apreldə, tənqidçilər tərəfindən bəyənilən və Venesiya 2021 Film Festivalında mükafat qazanan dram filmi olan (Fransa), Erik Qravel-in Tam iş vaxtı filmi

4.       27 apreldə, 2022 Vevey Beynəlxalq Funny Film Festivalının Münsiflər Heyətinin Mükafatçısı, (Kanada) Monia Çokri-nin Babysitter komediya filmi 

 

Filmlər aprel ayının hər cümə axşamı saat 19:00-da Bakı şəhəri, Nizami küçəsi 90a ünvanında yerləşən Landmark Cinema kinoteatrında nümayiş olunacaq.

 

Mümkün yer sayına görə, giriş pulsuzdur.  

cinéma fran

à bout de souffle bakou

robuste bakou

à plein temps

babysitter bakou

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow