MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransa səfirliyi və Fransız İnstitutunun ADA Beynəlxalq festivalında iştirakı

ADA Universitetinin həyatında artıq bir ənənəyə çevrilən ADA Beynəlxalq Festivalı 9 iyun tarixində sayca 11-ci buraxılışını 35 ölkə üzrə səfirlik nümayəndələrinin iştirakı ilə təqdim etdi. 

Fransanı festivalda Səfirlik, Fransız İnstitutu və Campus France bürosu təmsil etdilər. Tədbir boyunca iştirakçılara Fransada müxtəlif sahələr üzrə təhsil proqramları haqda və İFA-nın göstərdiyi xidmətlər (fransız dili dərsləri, fransız dili üzrə beynəlxalq imtahanlar, kitabxana və s.) haqda ətraflı məlumat verildi. Bununla yanaşı Fransa guşəsinə yaxınlaşanlara tapmaca şəklində fransız şəhərləri haqda suallar verildi və qalibləri kiçik hədiyyələr təqdim olundu ( bloknot, qələm, pinslər ). 

Tədbirə gələnlər sevinc hissilə sərgilənən masalarla tanış oldular və ələlxüsus gənclər arasında təbdir maraqla qarşılandı. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow