MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransa iqamətgahında Fransa və Almaniya Səfirliklərinin təşkil etdiyi Gender Bərabərliyi müsabiqəsinin mükafatlandırılması

İyunun 13-də Fransa iqamətgahında Fransa və Almaniya Səfirliklərinin təşkil etdiyi Gender Bərabərliyi Müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Bu il münsiflər heyəti Mükafatı “Menarki” platformasının təsisçisi Səbinə Nəcəfovaya verib.

 

Ardıcıl üçüncü ildir ki, Fransa və Almaniyanın Azərbaycandakı səfirlikləri Azərbaycanda Gender Bərabərliyi Müsabiqəsi təşkil edir. Bu müsabiqənin məqsədi Azərbaycan vətəndaşlarının öz ölkələrində qadın və kişi bərabərliyi lehinə yaratdığı təşəbbüsləri və layihələri işıqlandırmaq, təşviq etmək və dəstəkləməkdir.

 

Bu il on iki namizəd arasında, Fransa və Almaniya səfirindən, Mükafatın əvvəlki iki qalibindən və iki vətəndaş cəmiyyətinin üzvlərindən ibarət münsiflər heyətinin üzvləri beş finalçının təqdimatlarını dinlədilər. Müzakirələrdən sonra münsiflər heyəti qalibi seçdi : qalib “Menarki” platformasının yaradıcısı Səbinə Nəcəfovadır.

 

Azərbaycan qadınlarının menstruasiya ilə bağlı üzləşdiyi problemlərin davamlı həllini təmin etmək zərurətindən doğan və 2021-ci ilin may ayında həyata keçirilən bu layihənin məqsədi hər yaşda olan Azərbaycan qadınlarına menstruasiya və ekoloji cəhətdən təmiz menstrual məhsullar haqqında ana dillərində etibarlı məlumat verməkdir.

Səbinə Nəcəfova müsabiqənin baş mükafatını qazandı: onun layihəsinə hər iki səfirlik tərəfindən maliyyə töhfəsi olacaqdır. Təbrik edirik!

 

Digər dörd finalçı isə « Goal Plus » layihəsi ilə Ləman Cəlilova, SAPLA tikiş emalatxanası layihəsi ilə Rəbiyyə Məmmədova, Qazax rayonunda əlilliyi olan qadınlar və qızlar üçün dövlət xidmətlərinin əlçatanlığı layihəsi ilə Məhluqə Rəhimova, zorakılıq qurbanı olan qadınlar və uşaqlar üçün “Təmiz Dünya” sığınacağı layihəsi ilə Mehriban Zeynalova idi.

Qeyd etmək istərdik ki, mükafatlandırma mərasimində Fransa və Almaniya səfirliklərinin sponsorluğu ilə Var və Yox MMC tərəfindən müsabiqənin əvvəlki illərdəki qaliblərinə həsr olunmuş “Onların uğurlarını dəstəkləyək” adlı sənədli filminin təqdimatı edildi.

gender prize baku

gender prize 2

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow