MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

ANIMAFILM 2024 : “Linda toyuq istəyir” animasiya filminin nümayişi çərşənbə günü 2 oktyabr saat 17.00-da

Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutu Baki ictimaiyyətinə “Linda toyuq istəyir” animasiya filminin təqdimatı ilə Animafilm Animasiya Festivalı ilə əməkdaşlıq etməkdən məmnundur.

 

Ən Yaxşı Animasiya Filmi Sezar 2024-ün, "Animation Is Film" festivalında Münsiflər heyətinin Grand Prix və İctimaiyyətin mükafatını (ABŞ) və bir çox beynəlxalq mükafatların laureatı olaran, "Linda Toyuq İstəyir" animasiya filmi ictimaiyyət kimi münsiflər heyəti tərəfindən də bəyənilmişdir.

 

Xülasə:

Səkkiz yaşlı Linda, anası Paulette tərəfindən haqsız yerə ondan üzüyü oğurlamaqda ittiham olunur. Bağışlanmaq üçün anası ona atasını xatırladan sevimli yeməyini hazırlamağa razılaşır: bibərli toyuq! Ancaq tətildir və hər yer bağlıdır. Belə olan halda qastronomik vədi yerinə yetirmək üçün çılğın bir yarış başlanır ...

 

Çərşənbə günü, 2 oktyabr saat 17:00.

Azərbaycan Kinoteatrı

Fransız dilində, Azərbaycan dilində altyazılı

Gözəl bir seans arzu edirik!

 

Biletlər (yalnız onlayn) və məlumat: https://tripsome.az/en/activities/1561cea/chicken-for-linda
 

Fransız dilində növbəti seans ? “İtlərə və italyanlara qadağandır” animasiya filmi şənbə günü 5 oktyabr tarixində saat 14:30da Azərbaycan Kinoteatrında nümayiş olnacaq.    

linda veut

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow