MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

NAMİZƏDLİK ÜÇÜN MÜRACİƏT Fransız İnstitutu x Beynəlxalq İncəsənət Şəhərciyi

residences

Siz Azərbaycanda sənətçi və ya mədəniyyət sahəsində peşəkarsınız və Parisdə yerləşən Beynəlxalq İncəsənət Şəhərciyində tədqiqat və/və ya yaradıcı rezidentura həyata keçirmək istəyirsiniz? Azərbaycan Fransız İnstitutuna və Fransa Səfirliyinə namizədliyinizi göndərin! 

Azərbaycan Fransız İnstitutu x Beynəlxalq İncəsənət Şəhərciyi adlı rezidentura proqramı üç aylıq rezidentura müddətində Parisdə tədqiqat və yaradıcılıq layihəsi işləyib hazırlamaq istəyən, ən azı 5 il xaricdə (yani Fransa Respublikasının hüdudlarında) yaşayan sənətçilər və mədəniyyət sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub. 

Proqram təzə başlayan və eləcə də peşəkar sənətçilər üçün açıqdır.

 

Azərbaycan Fransız İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyi 2024-cü il proqramı üçün bir azərbaycanlının namizədliyini irəli sürəcək.

 

Seçim meyarları:

Namizədlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsindən əlavə, layihənin bədii və intellektual keyfiyyətinə və onun Paris və İle-de-France regionunun bədii səhnəsi ilə əlaqəsinə xüsusi diqqət yetiriləcək. Belə ki, tədqiqat və/və ya yaradıcılıq layihəsi Paris və Paris regionunda (muzey, konsert zalı və s.) incəsənət və mədəniyyət aktyorları ilə əməkdaşlıq və tərəfdaşlıq prosesinin bir hissəsi olmalıdır. 

Namizədlər işlərində və fəaliyyətlərində eko-məsuliyyətli yanaşma (müxtəlif mümkün formalar) tətbiq etməyə təşviq olunurlar.

 

Namizədlik :

Namizədlik müraciətinizi (fransız və ya ingilis dilində) və yarana biləcək suallarınızı aşağıdakı elektron ünvana göndərməyinizi xahiş edirik: 

clemence.de-lacour@diplomatie.gouv.fr

Tələb olunan sənədlər:

-        CV və/və ya portfolio 

-        Peşəkar/bədii karyeranızı, tədqiqat/yaradıcı layihənizi və Parisdəki tərəfdaş istəklərinizi qısa formada şərh edən sənəd  (maksimum 1-2 səhifə).

 

Ərizələrin təqdim edilməsi üçün son tarix: 15 oktyabr 2024-cü il gecə saat 24:00.

* Azərbaycan Fransız İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən seçilən və dəstəklənən namizədlik müraciəti  oktyabrın 25-də Paris Fransız İnstitutuna göndəriləcək. Qaliblər 2025-ci ilin yanvarında elan olunacaq.

PROQRAM ilə tanış olmaq üçün sözün üzərinə toxunun 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow