MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

FRANSIZ-ALMAN GENDER BƏRABƏRLİYİ MÜSABİQƏSİ. İŞTİRAK ÜÇÜN SON TARİX : 19 İYUN 2024

Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri böyük məmnuniyyətlə Fransa-Almaniya Gender Bərabərliyi Mükafatının dördüncü nəşrinin başlandığını elan edir. Bu mükafat Azərbaycanda gender bərabərliyinə töhfə verən azərbaycanlı təşəbbüsü mükafatlandırmaq məqsədi daşıyır.

 

Müraciət üçün son tarix 19 iyundur.

 

1. Mükafatın təqdimatı:

 

Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri dördüncü dəfə Azərbaycanda gender bərabərliyi üzrə Fransa-Almaniya Mükafatını təqdim etmək üçün güclərini birləşdirir. Almaniya və Fransa fəal şəkildə Azərbaycanda qızlar və qadınlar üçün bərabər hüquqlar və bərabər imkanlar təşviq etməyə çalışırlar.

 

2. İştirak şərtləri:

 

Aşağıdakı sahələrdən birində gender bərabərliyi üçün konkret təşəbbüslə çalışan bütün azərbaycanlılara müraciət etmək tövsiyə olunur:

  • Siyasətdə və ya biznesdə qadın liderliyinin təşviqi;
  • İncəsənət və mədəniyyətdə yaradıcı qadınların təşviqi;
  • Münaqişələrin həllində və sülhün qurulması prosesində qadınların rolunun təşviqi;
  • Gender əsaslı zorakılıqla mübarizə;
  • Gender əsaslı stereotiplərə meydan oxumaq.

Bundan əlavə, bu il Bakıda keçiriləcək COP29 ərəfəsində iştirakçılar ekoloji ölçüyə malik layihələr təqdim etməyə dəvət olunurlar.

 

3. Tələblər:

 

Bu il iştirakçılar ingilis dilində, öz layihələrini təsvir edən qısa, animasiyalı və kreativ video hazırlamalıdırlar.

  • Maksimum video uzunluğu: 2 ilə 5 dəqiqə arasında ;
  • Əhatə olunacaq mövzular (yuxarıya bax): gender bərabərliyini təşviq etmək üçün layihənin bir hissəsi kimi həyata keçirilən konkret tədbirlərin təsviri. Ətraf mühit mövzusunu ehtiva edən layihələr yüksək qiymətləndiriləcəkdir ;
  • Videonu İnstaqramda həm Almaniya (@germanyinazerbaijan), həm də Fransa (@franceenazerbaidjan) səfirliklərini etiketləməklə İnstagramda paylaşmalı və həmçinin aşağıdakı e-poçt ünvanına göndərməlisiniz : germanfrenchequalityprize@outlook.com ;
  • Videonun dili : İngilis ;
  • Təqdimat üçün son tarix: 19 iyundan gec olmayaraq.
  •  

Bundan əlavə, namizədlər aşağıdakılardan ibarət qısa sənədlər toplusu təqdim etməyə dəvət olunur:

 

  • Müsabiqəyə marağınızı izah edən və hazırkı layihənizi təqdim edən ingilis dilində bir səhifəlik örtük məktubu ;
  • Şəxsiyyət vəsiqənizin surəti (ingilis dilində tərcümə tələb olunmur).

Namizədlərin nəzərinə: Nəzərə alın ki, bu videolar hər iki səfirliyin sosial şəbəkələrində paylaşılacaq.

 

4. Seçim prosesi:

Fransa və Almaniya səfirlikləri ən yaxşı layihələri əvvəlcədən seçəcək, Almaniya və Fransa səfirliklərinin birgə təyin etdiyi münsiflər heyəti finalçıların layihələrini araşdıracaq. Bundan sonra münsiflər heyəti son qalibi seçəcək.

 

5. Mükafat:

Almaniya və Fransa səfirlikləri müsabiqənin qalibinə layihəyə töhfəsindən ibarət mükafat təqdim edəcəklər.

Fransa və Almaniya səfirlikləri layihələrinizi səbirsizliklə gözləyir və sizə uğurlar arzulayır!

 

Hamıya uğurlar!

gegegeg

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow