MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

QS 2025 reytinqi: Fransanın elmi və akademik cəhətdən tanınması möhkəmlənib !

4 İyunda Britaniyanın Quacquarelli Symonds (QS) şirkətinin ən yaxşı universitetlərin dünya reytinqinin 21-ci nəşri dərc olunub. Bu il də Fransa çox yaxşı mövqedə yer alır: https://www.universityrankings.ch/results?ranking=QS®ion=Europe&year=2025&q=France

 

Xatırladaq ki, QS 9 göstəriciyə əsaslanır: akademik reputasiya (30%), istinad etmə (20%), işəgötürənlər arasında reputasiya (15%), fakültə/tələbə nisbəti (10%), beynəlxalq müəllimlər nisbəti (5%), beynəlxalq tələbə nisbəti (5%), beynəlxalq tədqiqat şəbəkəsi (5%), işlə təmin olunma (5%) və davamlılıq (5%).

 

Təhlil edilən 1500 universitetin 35-i Fransanın ali təhsil müəssisəsidir. Bunlar xüsusilə Paris Elmlər və Ədəbiyyat Universiteti (PSL) (24-cü yer), Paris Politexnik İnstitutu (46-cı yer), Sorbon Universiteti (63-cü), Paris-Saclay Universiteti (73-cü yer), həmçinin ENS de Lyon (Ecole Normale Supérieure), Ponts ParisTech Məktəbi, Paris Cité Universiteti, Grenoble, Sciences-Po Paris, Montpellier Universiteti, UNISTRA və s. universitetləridir. 

 

Bu il 2024-cü ildə 328-ci yerdən 2025-ci ildə 283-cü yerə yüksələn Panteon-Sorbon Universitetinin tərəqqisini qeyd etmək lazımdır.

 

QS məzunların həm iş tapmaq bacarığı, həm də şirkətlər daxilində uyğunluğu baxımından Fransanın yaxşı nəticələrini vurğulayır. Fransanın təhsil müəssisələrinin 77%-i bu sahədə reytinqlərinin yaxşılaşdığının şahidi olub. İşlə təmin olunma səviyyəsinə görə dünyanın ilk 50 universiteti arasında üç fransız universiteti yer alır: Paris Siyasi Elimlər (30-cu), Paris Politexnik İnstitutu (31-ci) və Paris Elm və Ədəbiyyat Universiteti (33-cü) yerdə qərarlaşır.

 

Beynəlxalq tədqiqat şəbəkəsi baxımından Fransanın üç universiteti ilk 10-luqda yer alır: Paris Elm və Ədəbiyyat Universiteti (PSL) (3-cü), Sorbon Universiteti (4-cü) və Montpelye Universiteti (6-cı) pillədə yer alır.

 

Qeyd etmək lazımdır ki, Azərbaycanın ali təhsil müəssisələri bu il daha da irəliləyib, xüsusən də Bakı Dövlət Universiteti - hazırda təsnifat sırasında 951-1000-ci yerdədir. Artıq bir neçə ildir ki, Montpellier Universiteti ilə əməkdaşlıq edən UNEC və ADNSU/UFAZ təsnifat sırasında 1001-1200-ci yerdə qərarlaşır. https://www.universityrankings.ch/results?ranking=QS®ion=Europe&year=2025&q=Azerbaijan

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow