MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Sevil Festivalının V buraxılışı

Fransa Səfirliyi və Azərbaycan Fransız İnstitutu iyulun 5-dən 12-dək Bakı, Şəki, Lənkəran və Şabranda keçiriləcək 5-ci Sevil Festivalının (Beynəlxalq Qadın Sənədli Film Festivalı) tərəfdaşı olmaqdan məmnundur.

 

Bu il də festivalda qadınların zəngin və rəngarəng sənədli filmlərindən ibarət seçimlər təqdim olunacaq. 1976-cı ildə “Les Insoumuses” kollektivi tərəfindən istehsal olunmuş “Maso və Miso qayıqla gedirlər” sənədli filminin nümayişi, həmçinin Simone de Bovuar Audiovizual Mərkəzinin baş nümayəndəsi xanım Barbara Alves Rangelin təşkilatın üzvü kimi münsiflər heyətində müstəsna iştirakı xüsusi diqqətəlayiqdir.

 

2022-ci ildən Barbara Alves Rangel Parisdə yerləşən feminist arxiv mərkəzi olan Simone de Beauvoir audiovizual mərkəzinin baş direktorudur. Amsterdam Universitetində hərəkətli təsvirin qorunması və təqdimatı üzrə aldığı magistratura təhsili çərçivəsində o, 2012-2013-cü illər arasında Cinemateca Portuguesa və Cinémathèque Française arxivlərində çalışıb. 12 il Barbara Moreira Salles İnstitutunda kino proqramlaşdırma komandasının bir üzvü olub və burada o, qurum tərəfindən buraxılan DVD-lərin tərtib edilməsinə və San-Paulu və Rio-de-Janeyroda nümayişlərin təşkili üzrə məsul şəxs olub. Simone de Beauvoir Audiovizual Mərkəzində, o, kinoteatrlarda və həbsxanada tədbirlər təşkil edir və onlara ev sahibliyi edir, həmçinin  Genrimages layihəsini (məktəblərdə seminarlar və mediada gender stereotiplərini təhlil etmək üçün resurs saytı) və Mərkəzin audiovizual arxivlərini idarə edən komanda ilə işləyir. 

 

 

sevil2024

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow