« Eyvan » filmin nümayişi
Litva rejissoru Giedr Benoriütenin “Eyvan” filmi
21 aprel, cümə günü AFİ-da
Frankofoniya Film Festivalı çərçivəsində litva rejissoru Giedr Benoriütenin “Eyvan” filmini izləmək imkanınız olmayıb? Hələki gec deyil! Filmi yenidən izləmək üçün 21 aprel, cümə günü Füzuli 67 ünvanında yerləşən Azərbaycan Fransız İnstitutuna gələ bilərsiniz.
Giedr Benoriütenin « Eyvan » filmi (Litva, 2008)
Janr: Fantastik Müddət: 48 dəq.
Film litva dilində, fransız alt yazıları ilə nümayiş olunacaq.
Hadisələr 1980-ci illərdə əyalət şəhərlərindən birində baş verir. Valideynləri boşandıqdan sonra 11 yaşlı Rolanas atası ilə onunla eyni yaşda olan Emiliya adlı qızın qonşuluğundakı mənzilə köçür. İkisi arasında ortaq mövzular kəşf edən uşaqlar eyvandan-eyvana ünsüyyət quraraq dostluq əlaqəsi yaradırlar.