MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Aleksandr Dümanın xatirələri ilə Şəki turunun frankofon bələdçisi » adlı müsabiqənin laureatının Fransaya səyahəti. Fevral 2022-ci il.

Şəki Pedaqoji Universitetinin fransız dili filologiyasının bakalavr pilləsinin məzunu, 2021-ci ildə Fransanın Azərbaycandakı Səfirliyinin və Azərbaycan Fransız İnstitutunun birgə təşkilatçılığı ilə və Şəki Regional Turizm İnformasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində, « Qədim Şəki turu Aleksandr Dümanin xatirələri ilə » adlı şəhər gəzinti turu müsabiqəsinin laureatı, xanım Gülnar ƏLİYEVA 2022-ci il fevralın 14-dən 18-ə qədər Paris şəhərinə dilçilik və mədəniyyət səyahəti qazanıb.

Bu səyahət ona Azərbaycan fransız İnstitutu tərəfindən hədiyyə edilib. O, Fransa paytaxtının mərkəzində, Eyfel Qülləsinin yaxınlığında yerləşən ACCORD dil məktəbində təcrübə keçib. O, “Fransız mədəniyyəti və sivilizasiyası dərsləri” adlı təkmilləşdirmə təlimində iştirak edib. Bu səyahət münasibətilə o, Parisdə yerləşən Eyfel Qülləsi, Sena sahilləri, Qarnie Operası, Qrevin Muzeyi və s. kimi bir çox məşhur məkanlar ilə tanış ola bilib. O, səyahətini əks etdirən bir neçə fotoşəkili təqdim edir və kiçik bir videoda öz təəssüratlarını bölüşür.  

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow