MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Martın 12-də Art Tower Qalereyasında Versal sarayında aparılan son bərpa işlərinə dair sənədli filmlərin nümayişi. 

İrs və onun qorunub saxlanmasına həsr olunmuş FantazEU Avropa Festivalı çərçivəsində Fransa Səfirliyi və Azərbaycan fransız İnstitutu son vaxtlarda Versal Sarayında aparılan irsin bərpası və konservasiyası işlərinə və peşələrinə həsr olunmuş beş sənədli film ilə tanış olmağı təklif edib. Bu sənədli filmlər tarixi abidələrin baş memarı və Parisdəki Memarlıq Şayyo Məktəbinin müəllimi Frederik Didyenin rəhbərliyi ilə hazırlanmışdır.

 

Fransa Səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Jerome Kelle qısaca olaraq bu festivalın mədəni irsin qorunub saxlanılması və bərpası baxımından əhəmiyyətini, xüsusən də onun “Fantazia” adının mənşəyini xatırladıb. Bakıda böyük maraq doğuran və bərpa olunmağa layiq olan tarixi abidələrdən biri olan, 19-cu əsrin sonlarına aid Bakı hamamı və onun qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıb. O, həmçinin Fransanın keçmiş, indi və gələcək arasında əlaqə yaradan tarixi və mədəni irsinin zənginliyini qorumaq üçün Versal sarayında və başqa yerlərdə aparılan bərpa işlərinin əhəmiyyətini qeyd edib.

 

Əsasən tələbələrdən ibarət olan iştirakçılar bərpaçıların və mühafizə edənlərin (şüşəçilər, taxta ustaları, üzlük ustaları və s.) bu əzəmətli sarayın ilkin üslubda bərpa etmək üçün apardıqları zəhmətli işləri yüksək qiymətləndirdi. Zati-Aliləri, Amerika Birləşmiş Ştatların səfirinin iştirakçılar arasında yer alması bu gecəni şərəfləndirdi.

 

Youtube Video

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow