MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

İqlim dəyişikliyinə həsr olunmuş kino-debat seansı

Aprelin 6-ı saat 16:30-da Azərbaycan-Fransız Universitetinin Tədqiqat departamenti, Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə, UFAZ həftəlik elmi seminarları çərçivəsində iqlim dəyişikliklərinə həsr olunmuş kino-debat axşamı təşkil edir. 

Qonaqlar rejissor Jon Clayin “Breaking Boundaries: The Science of Out Planet” (2021) sənədli filminə baxacaq və sonra Geokimyaçı və Ətraf mühit elmləri üzrə mütəxəssis və Ətraf Mühitin Hidro-Geokimya Rəsədxanasının (Fransa) rəhbəri Marie-Claire Pierret, və UFAZ-ın Yer elmləri proqramının koordinatoru və Ətraf mühit elmlərinə tətbiq olunan Geofizika üzrə mütəxəssis Clara Sonia Jodrynin iştirakı ilə iqlim dəyişiklikləri mövzusunda debatda iştirak edəcəklər. 

 

Tədbir ingilis dilində olacaq və iştirak boş yerlərin sayından asılı olaraq sərbəstdir. 

debate session

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow