MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Frankofoniya 2022 : 4 tələbə Fransaya səyahət qazanıb !

Azərbaycanda Fransız İnstitutu Azərbaycan Dillər, Gəncə Dövlət və Naxçıvan Dövlət Universitetlərinin fransız dili bölmələrində təhsil alan tələbələr üçün natiqlik müsabiqəsi təşkil etdi. Hər bir Universitetdən qalib gələn bir tələbə bu yay, tam ödənişsiz iki həftəlik Fransaya səyahət qazandı. 

 

Müsabiqədə irəlidəki mövzulara dair nitq hazırlanmalı idi : linqvistik müxtəliflik, qadın-kişi bərabərliyi və ya dayanıqlı inkişaf. Fransanın, Litvanın və Mərakeşin Azərbaycandakı səfirlərindən ibarət münsiflər heyəti hər bir Universitetdən finalda çıxış edən iştirakçıları dəyərləndirdi. 

 

Azərbaycan Dillər Universitetində təşkil olunan finalda iştirak edən sözügedən Universitetin rektoru daha bir tələbənin səyahətini maliyyələşdirmək qərarını aldı. 

 

İkinci yerdə qərarlaşan finalistlərə Azərbaycanda Fransız İnstitutunda fransız dili dərslərinin bir ödənişsiz sessiyası və sonda bütün iştirakçılara müxtəlif fransız dilində kitablar hədiyyə olundu. 

 

Qaliblər  :  

 

Hənifə Əhmədova (Azərbaycan Dillər Universiteti)

Sədaqət Babayeva (Naxçıvan Dövlət Universiteti) 

Müjgan Babayeva (Gəncə Dövlət Universiteti)

Nəzrin Mehdiyeva (Azərbaycan Dillər Universiteti, rektorun qalibi) 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow