MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

17 Azərbaycanlı fransız dili müəlliminin Fransaya pedaqoji səfəri. Birinci həftə.

17 Azərbaycanlı fransız dili müəllimi hazırda Fransanın Montpellier şəhərində 2 həftəlik ixtisasartırma təlimində iştirak edir. 

 

İştirak edən müəllimlərdən 15-i IFA-nın öz İnstagram səhifəsində 10 may tarixində elan etdiyi müsabiqənin qalibləridi digər 2 müəllim isə 25-29 iyun tarixində baş tutmuş Village français 2024 təlimi çərçivəsində püşkatma yolu ilə seçilmiş şəxsdir. 

 

Dərslər Fransanın tanınmış dil məktəbi LSF Montpellier də keçirilir. 

 

Təlimin birinci həftəsi bu gün başa çatır və irəlidə bu həftənin yadda qalan anlarını sizinlə paylaşırıq  :

 

  • Tədrisin metodologiyasını həsr edilmiş bif həftədən söhbət gedir. Fransız dili dərslərini daha maraqlı keçmək üçün üsullar və dərslik seçimində nəyə diqqət edilməli məqamlar. 
  • Montpellier şəhərinin görməli və gəzməli yerlərinə belədçi ilə tur. 
  • Mifologiyanın fransız dilinə təsir. 
  • Qadın-kişi bərabərliyinə dair konfrans. Konfrans Tropisme məkanında təşkil olunub və Rejan Senak tərəfindən canlandırılıb. 
  • Nim şəhərinə səyahət. 

 

İştirakçılara xoş həftə sonu arzu edirik  !

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow