MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

17 Azərbaycanlı fransız dili müəlliminin Fransaya pedaqoji səfəri. İkinci həftə.

Şekspirin dediyi kimi, “Yaxşı bitən hər şey yaxşıdır! 

 

Monpelyedə fransız dili müəllimləri üçün təlim kursu başa çatmaq üzrədir. Səyahət dolu bir zəngin həftəsonunu başa vurduqdan sonra müəllimlərimiz yeni biliklərə yiyələnmək üçün 2-ci və sonuncu dərs həftəsinə başladılar. Geridə qalan həftənin mövzuları ilə yanaşı bu həftə FLE sinfində bədii mətnlərin didaktikasına dair təlim dərs proqramından faydalandılar. Standart dərslərlə yanaşı müəllimlərə fransız mahnıları ətrafında və stolüstü oyunlara aid dərnəklər təklif edildi.

 

Fransaya heyran olan müəllimlərimiz Tuluza, Nitsa, Avinyon, Paris və Monpelye yaxınlığında yerləşən və şair Pol Valerinin doğulduğu yer kimi məşhur olan Sete şəhəri kimi digər şəhərləri kəşf etmək üçün kilometrlərlə yol qət etdilər.

 

@lsfmontpellier dil məktəbinin bütün heyətinə keyfiyyətli və əyləncəli bir təcrübə üçün təşəkkür edirik və müəllimlərimizə xoş səyahət arzulayırıq !

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow